3 İyun 2021 11:58
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin dövlət başçısı Si Cinpin Azərbaycanı kəmər və yol təşəbbüsünün mühüm tərəfdaşı kimi gördüynü və əməkdaşlığı dərinləşdirmək üçün daha çox səy göstərilməsinin faydalı olduğunu düşünür.

Teleqraf.com xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi quran Çin dövlət başçısı Si Cinpin tərəflərin beynəlxalq nəqliyyat və lojistika əməkdaşlığını dərinləşdirməsini, Asiya-Avropa nəqliyyat dəhlizlərinin inşasına dəstək və regional əməkdaşlığı gücləndirməyin tərəfdarı olduğunu qeyd edib.

Çin tərəfinin açıqlamasına görə, telefon danışığında ikitərəfli əlaqələrin yeni bir tarixi başlanğıc nöqtəsində olduğunu qeyd edən Çin lideri ənənəvi dostluğun inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə və dəstəyin artırılmasına tərəfdar olduğunu bildirib.

Qeyd edək ki, Çin dövlət başçısı Si Cipin 2013-cü ildə Qazaxıstan paytaxtı Nur Sultanda Kəmər və Yol Təşəbbüsü ilə çıxış edib. Bu layihə ölkələr arasında nəqliyyat infrastrukturunun yaxşılaşdırmaq və ölkələr arasında siyasi-itisadi əlaqələri gücləndirməyi hədəfləyir.

Xatırladaq ki, iyunun 2-də Azərbaycan və Çin dövlət başçıları arasında telefon danışıqları baş tutub. Dövlət başçılarının müzakirə etdiyi məsələlərin Çin mediasında müzakirəsi və Azərbaycana xüsusi əhəmiyyətin verilməsi Bakının uğuru kimi qiymətləndirilməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər