Kəlbəcər rayonunda minanın partlaması nəticəsində həlak olan AzTV-nin əməkdaşı Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib.
Teleqraf.com xəbər verir ki, onların nəşi müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək.
Həmçinin hadisə zamanı dünyasını dəyişən Susuzluq kənd icra nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlunun nəşi Göygöl rayonundakı evinə aparılacaq və sabah dəfn olunacaq.