Azərbaycan ictimaiyyəti Rusiyada 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən yol polisi müfəttişi Aleksandr Qusevin azadlığa buraxılması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.
Teleqraf.com müraciəti təqdim edir:
Azərbaycan ictimaiyyətinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciəti
Möhtərəm Vladimir Vladimiroviç!
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığına əsasən Novosibirsk vilayəti Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi, 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi ölümcül yaralamış Aleksandr Qusevin həbsdən azad edilməsi faktı Azərbaycan ictimaiyyətini dərindən hiddətləndirib.
Məlum olduğu kimi, bu hadisə mayın 28-də Moşkovo qəsəbəsi rayonunda baş verib. RF DİN-in versiyasına görə, yol patrul xidməti əməkdaşları içərisində zərərçəkmişin olduğu avtomobili sürəti aşdığına görə təqib edəndən sonra dayandırıblar. Asayiş keşikçiləri hüquq pozanları qovub çatanda həmin maşındakı gənclər çıxıb qaçmağa başlayıblar. Lakin asayiş keşikçiləri qaçanlardan birini tuta biliblər, bundan sonra əlbəyaxa döyüş başlanıb. Vəkil Abdullayev həmin gənclərin köməyinə gələndə polis işçisi Aleksandr Qusev onun başına atəş açıb.
Biz səlahiyyət həddini aşmış polis işçisinin həbsdən azad olunmasını təkcə cinayətin ört-basdır edilməsi və bəyənilməsi kimi deyil, həm də ksenofobiydan əziyyət çəkənlərin təşviq edilməsi kimi qiymətləndiririk.
Biz Rusiya Federasiyasının ictimai palatasının üzvü, “Yedinaya Rossiya” partiyasından Dövlət Dumasına deputatlığa namizəd Mariya Butinanı da həmin insanlar kateqoriyasına aid edirik. M.Butina nəinki polisin hərəkətlərini bəyənib, hətta onun “xidmətə görə təltif olunmasını” təklif edib. Biz M.Butinanın söylədiklərini özümüzə dost hesab etdiyimiz, ənənələrinə, dilinə və mədəniyyətinə, beynəlmiləlçilik, tolerantlıq ruhuna və Rusiyanı həmişə məşhurlaşdıran mənəvi dəyərlərə hörmət və ehtiram bəslədiyimiz ölkədə ksenofobiyanın və dözümsüzlüyün təbliği kimi qiymətləndiririk. Azərbaycan ictimaiyyəti Mariya Butinanın Amerika həbsxanasında aldığı psixi zədələri əsas götürərək onun başqa millətlərdən olan insanlarla psixoloji uyuşmazlığının bu şəkildə təzahür etməsinə anlaşıqla yanaşmağa hazır olardıq, yalnız bu şərtlə ki, o, həm güllələnmiş gəncin ailəsindən, həm də bütün Azərbaycan xalqından üzr istəsin.
Vəkil Abdullayev
Polisin hərəkətlərinə gəldikdə isə Azərbaycan ictimaiyyəti hüquq-mühafizə orqanlarının Aleksandr Qusevin “qərəzli olmayan hərəkəti” kimi təqdim etməyə çalışdıqları atəş açılması üçün heç bir səbəb görmür. Əlində silah tutmuş insanlardan kim inana bilər ki, həmin silah guya polisin “həyatına təhdid yaradan” “qanun pozucusuna” özü belə reaksiya verib? Bu hökmün sübutsuz olmasının səbəbləri çoxdur. Məgər Vəkil Abdullayevin əlində tapança olubmu? Qusev tərəfindən güllələnmiş gənc məhz nə ilə təhdid edirmiş? Heç nə ilə!
Sual olunur: bu cür itaətsizlik silahdan istifadə etməyə nə dərəcədə əsas verir? Tapançanın lüləsi tamamilə müdafiəsiz olan gəncə qarşı yönəldilib. Şübhəsiz, bu hərəkətlər hüquqazidd olub.
Hörmətli Vladimir Vladimiroviç, biz hətta təsəvvür edə bilərik ki, buna oxşar bir hadisə bizdə, Azərbaycanda baş vermiş olsun. Amma kim bilir, əgər Qusevə və Butinaya oxşar insanlar sabah nahaq yerə günahsız insanların qanını tökməməyə çağıran əcdadlarımızın mənəvi qanununu unudaraq dözümsüzlük və ksenofobiya ideologiyasını təbliğ edən insanların sıralarını genişləndirməyə başlasalar, onda nə olacaq? Dünya onsuz da uçurum həddindədir, uçuruma yuvarlanmaq riski altındadır. Elə isə “qusevlərin”, “butinaların” və “bastrıkinlərin” əməllərini diqqətsiz qoymağa dəyərmi?
Bizim ölkəmizdə on milyondan çox insan yaşayır. Bu insanlar müxtəlif etnik, dil qruplarına və müxtəlif millətlərə mənsubdurlar. Onlar hamısı bu gün gərginlik içində diqqətlə Sizdən ədalətli qərar gözləyir. Hesab edirik ki, Abdullayevin qətli ilə bağlı bu çirkin əhvalatda əli olan insanlar ədalətli cəzalarını almalıdırlar.
1.Mixail Zabelin – Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri
2.Anastasiya Lavrina - Azərbaycan Rus İcmasının sədrinin müavini
3.Tural Gəncəliyev - Milli Məclisin deputatı
4.Sevil Mikayılova - Milli Məclisin deputatı
5.Arzu Nağıyev - Milli Məclisin deputatı
6.Hikmət Məmmədov - Milli Məclisin deputatı
7.Aydın Mirzəzadə - Milli Məclisin deputatı
8.Cavid Osmanov - Milli Məclisin deputatı
9.Bəxtiyar Sadıqov - Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru
10.Mirşahin Ağayev - “REAL TV”nin rəhbəri
11.Əflatun Amaşov – Mətbuat Şurasının sədri
12.Elçin Şıxlı – Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru
13.Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi
14.Eynulla Fətullayev – “Haqqin.az” saytının baş redaktoru
15.Orxan Fikrətoğlu - müstəqil jurnalist
16.Murad Hüseynov - İTV-nin baş direktorunun müavini
17.Şakir Eminbəyli - “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi
18.Vüsalə Abışova - “Azəri-Press” informasiya agentliyinin rəhbəri
19.Murad Əliyev - “Report” informasiya agentliyinin rəhbəri
20.Səadət Məmmədova - ATV rəhbərinin müşaviri
21.Emin Musəvi - “ASAN radio”nun rəhbəri
22.Rauf Arifoğlu – “Yeni Müsavat” qəzetinin baş redaktoru
23.Kəmalə Məmmədova - “1news.az” saytının baş redaktorunun müavini
24.Tofiq Abbasov – AzTV-nin siyasi icmalçısı
25.Vyaçeslav Sapunov – bloger
26. Aynur Quliyeva – “Gündəlik Teleqraf” MMC-nin rəhbəri
27.Həmid Həmidov - “Global Media Group”un media direktoru
28.Ədalət Verdiyev - hərbi şərhçi, bloger
29.Emil Mustafayev - “Minval.az” saytının baş redaktoru
30.Elçin Alıoğlu - “Milli.az” saytının baş redaktoru
31.Vüsal Məmmədov - “Azvision.az” saytının baş redaktoru
32.Şakir Ağayev - “Novoye vremya” qəzetinin baş redaktoru
33.Araz Zeynalov - “Vesti.az” saytının rəhbəri
34.Yunis Orucov - AzTV-nin informasiya proqramları studiyasının direktor müavini
35.Namiq Mailov - “Region+” jurnalının baş redaktoru
36.Yeganə Hacıyeva – bloger
37.Rauf Zeyni – Milli QHT-lər Forumunun prezidenti
38.Fatma Səttarova – Müharibə və Əmək Veteranı, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri
39.Azər Allahverənov – “Avrasiya miqrasiya təşəbbüsləri platforması” İctimai Birliyinin sədri
40.Şəmistan Əlizamanlı – “Vətənpərvərlik təbliğinə dəstək” İctimai Birliyinin sədri
41.Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
42.Novella Cəfəroğlu – hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri
43.Səadət Bənənyarlı – hüquq müdafiəçisi, “Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bürosu” İctimai Birliyinin rəhbəri
44.Səltənət Qocamanlı - hüquq müdafiəçisi, “İnsan Haqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin rəhbəri
45.Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
46.Rufiz Qonaqov – “Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İctimai Birliyinin rəhbəri
47.Fəxrəddin Həsənzadə - Gənclər üçün Təhsil Mərkəzinin direktoru
48.Zaur Məmmədov - Bakı Politoloqlar Klubunun rəhbəri
49.Ramil İsgəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri
50.Şəlalə Həsənova – “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin rəhbəri
51.Məhərrəm Zülfüqarlı – “İctimai Problemlərin Tədqiqi Assosiasiyası” İctimai Birliyinin rəhbəri
52.Nüşabə Məmmədova – “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyinin rəhbəri.