“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyən olub.
Teleqraf.com xəbər verir ki, mövsümün altıncı mərhələsində “Red Bull” komandasının pilotu Serxio Peres birinci yeri tutub.
Komanda yoldaşı Maks Ferstappenin qəzaya uğraması səbəbindən ilk sıraya yüksələn meksikalı pilot liderliyini sona qədər qoruyaraq, mövsümdə ilk qələbəsini qazanıb.
“Mercedes”in pilotu Luis Hamilton sona 3 dövrə qalmış yanlış istiqamətə getdiyindən, “Aston Martin”dən Sebastyan Fettel ikinci yeri tutub.
“Red Bull” pilotu qalib gəlməklə son iki Azərbaycan Qran-prisini qazanan “Mercedes”in Bakıdakı uğurlu seriyasına son qoyub.
Finişə isə 20 pilotdan 17-si çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.