9 İyun 2021 14:37
2 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brüsseldəki proqramımız başa çatandan sonra Bakıda İlham Əliyev qardaşımızın qonağı olacağıq".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı Bakıdan sonra Şuşaya gedəcəyini bildirib: “İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedəcək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər həyata keçirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad olunması Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarının açılması fürsətidir. Türkiyə olaraq qarşıdakı zamanlarda danışıqları davam etdirməyi düşünürük".

Ərdoğan iyunun 16-da Bakıda hərbçilərlə görüşəcəyini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər