12 İyun 2021 21:58
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistanın paralel humanitar jestlərini - saxlanılanların azad edilməsi və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel özünün Feysbuk hesabında qeyd edib.

"Bu, iki ölkə arasında etimadın bərpası istiqamətində atılan ilk addımdır. Avropa İttifaqı bu prosesi dəstəkləyib və irəliləyişin əldə olunması üçün köməyini təklif etməkdə davam edəcək", - Şarl Mişel yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər