12 İyun 2021 22:17
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycanın saxlanılan 15 ermənini azad etməsini və onların ailələrinə qayıtmasını alqışlayır. Biz həmçinin Ermənistanın Azərbaycana ərazilərin minalardan təmizlənməsini asanlaşdıracaq və gələcəkdə itkilərin qarşısını alacaq vacib məlumatı təqdim etməsi barədə qərarını da təqdir edirik.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenin yaydığı məlumatda qeyd olunub.

Dövlət katibi Entoni Blinken prosesdə oynadığı mühüm rola görə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və hökumətə minnətdarlıq edib:

"Gürcüstanın addımları bölgə xalqlarının layiq olduqları dinc və firavan gələcəyə yaxınlaşdırmağa xidmət edəcək. ABŞ əlavə əməkdaşlıq üçün zəmin olacaq bu cür addımları dəstəkləməkdən məmnundur: “Biz bütün saxlanılan şəxslərin qaytarılmasına çağırış etməkdə davam edirik və bölgə ölkələrinin əməkdaşlığı davam etdirmək və aralarındakı həll olunmamış məsələlərin aradan qaldırılmasında səylərində kömək etməyə hazırıq. Biz həmçinin Ermənistan və Azərbaycanı ATƏT-in Minsk qrupu həmsədlərinin himayəsi altında münaqişənin hərtərəfli siyasi həlli istiqamətində substantiv danışıqları bərpa etməyə çağırırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər