“Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxma ardıcıl 7 həftədir azalır və bu, epidemiya dövründən indiyə qədər görülən həftəlik ən uzun azalma tendensiyasıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
Qebreyesus hədəfdə 2022-ci ildə Almaniyada keçiriləcək G7 zirvəsinə qədər dünya əhalisinin ən az 70 faizini peyvəndləmək olduğunu qeyd edib. O, bunun üçün 11 milyard doza vaksinə ehtiyac olduğunu vurğulayıb:
"Həftəlik yoluxmaların sayı fevral ayından bəri ən aşağı səviyyədə olsa da, ölümlər o qədər də azalmır. Ötən həftə açıqlanan ölüm sayı əvvəlki həftəyə bənzərdir. Hər gün 10 mindən çox insan ölür”.