“AstraZeneca” tərəfindən COVID-19-un qarşısını almaq üçün hazırlanan antikor kokteylinin effektivliyi cəmi 33 faiz olub.
Teleqraf.com xəbər verir ki, bu, koronavirusa məruz qalan insanları immunizasiya etmək məqsədi daşıyan “Storm Chaser” adlanan araşdırmada öz əksini tapıb.
“AstraZeneca”dan verilən açıqlamaya görə, təcrübəyə ABŞ və İngiltərədə peyvənd olunmayan 121 yetkin qatılıb, ümumilikdə 23 könüllünün COVID-19 simptomları yaxşılaşıb.
Koronavirus peyvəndi üçün təsdiq almış şirkətlərdən biri olan “AstraZeneca” peyvəndi olanların qanında laxtalanma aşkar edilib.