15 İyun 2021 22:54
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pandemiyaya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə səylərimizi qətiyyətlə davam etdiririk. Təbii ki, bütün bunlardan başqa, müdafiə sənayesi sahəsində əlaqələrimizi texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk".

Teleqraf.com xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Türkiyənin dövlət başçısı deyib:

"Bir az əvvəl “Baykar” şirkətinin baş direktoru Haluk bəyə qardaşım “Qarabağ” ordeni təqdim etdi. Mən də ailə adından ona xüsusilə təşəkkür edirəm. Təbii ki, pilotsuz uçuş aparatları burada ciddi işlər gördü. Müdafiə sənayesi sahəsindəki əlaqələrimiz bundan sonra daha da fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər