16 İyun 2021 10:16
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan və onları müşayiət edən heyət Füzuli rayonundan Şuşaya gedərkən avtobusda tərəflər arasında səmimi söhbət baş tutub.

Teleqraf.com xəbər verir ki, görüntüləri "Haber global" yayımlayıb.

Əminə Ərdoğan yol boyu əkin sahələrinin, hətta otların da ermənilər tərəfindən yandırılmasından dəhşətə gəldiyini gizlədə bilməyib. Prezident İlham Əliyev isə bildirib ki, 30 ilik işğal ərzində Füzuli rayonunda bir bina belə salamat qalmayıb.

“Biz Füzulini işğaldan azad edərkən istədik ki, bir binaya bayrağımızı asaq. Dedilər ki, bina yoxdur. İndi özünüz də görəcəksiniz. Füzuli şəhərini tamamilə dağıdıblar”, – deyə dövlət başçısı qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər