16 İyun 2021 15:46
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin sədri, hörmətli xanımlar və cənablar, sizləri Türkiyədəki 84 milyon
qardaşınızın adından "İki dövlət, bir millət" şüarı ilə səmimi qəlbdən salamlayıram.

Teleqraf.com xəbər verir ki, bunu Prezident Ərdoğan Milli Məclisdə çıxışı zamanı deyib.

O bəyan edib ki, çox xoşbəxtdir: “Çünki can Azərbaycandayam, Qarabağı azad edən qardaş Azərbaycanın Milli Məclisində sizinlə birlikdəyəm. Bəxtiyaram, ona görə ki, müstəqilliyinin 30 ilinə çatan Azərbaycandayam. Bu zəfərlə Qafqazda qanayan bir yara qapanıb, bölgədə qalıcı barış və sülh üçün böyük fürsət yaranıb. Bundan təkcə Azərbaycan deyil, Ermənistan daxil olmaqla bütün dünya qazanclı çıxacaq. Biz də rifahın artması üçün üzərimizə düşəni etməyə bütün səmimiyyətimizlə hazırıq. 30 il ərzində Qarabağ böhranında kimlərin nə qazandığı, kimlərin nə itirdiyi məlumdur, maddi və mənəvi baxımdan itirənlər sadəcə Qarabağda yaşayan insanlar olub. 30 il mənim qardaşlarım öz yurd-yuvalarından qaçqın düşmüşdülər, o ərazilər işğal altında idi. 30 il sonra bu torpaqlar sahiblərinə qayıtdı.

Aərbaycan ordusunu, onun Ali Baş Komandanı İlham Əliyevi Qarabağ torpaqlarını işğaldan azad etməsi münasibəti ilə təbrik edirəm”.

Ərdoğan Qarabağ savaşında şəhid olanlara Allahdan rəhmət, yaxınlarına baş sağlığı verdiyini deyib: “Bu müqəddəs savaşda Türkiyə Azərbaycanın yanında olub. Bundan sonra da Azərbaycanın yanındayıq. Dünya da bilsin ki, bundan sonra da Azərbaycanın yanında yer alacağıq”.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər