“Noyabrın 3-6-da Londonda keçirilən “World Travel Market” ənənəvi turizm sərgisində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış işğalçı rejimin təqdim olunmasının qarşısı alınıb. Hələ tədbirin başlamamışdan əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyi, sərginin təşkilatçısı “Reed Exhbitions” şirkəti qarşısında Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyimiz tərəfindən məsələ qaldırılıb.
Həmçinin, Böyük Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri bununla bağlı Böyük Britaniya hökumətinə müraciət ünvanlayıblar”. Teleqraf.com-un məlumatına görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O, qeyd edib ki, “Reed Exhibitions” şirkəti separatçı rejimin heç bir halda “World Travel Market” turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirib:
“Həmçinin, qondarma rejimi təmsil etdiyini iddia edən “Qarabağ Turizm İnkişaf İdarəsi”nin bu sərgidə iştirakına rəsmən icazə verilməyib. Azərbaycanın səfirliyi tərəfindən bu məsələ ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı “Reed Exhbitions” şirkəti ilə iş davam etdirilməkdədir”.
Səxavət