“Artıq Azərbaycan NATO üzvü hesab edilə bilər”.
Teleqraf.com xəbər verir ki, Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqda bəyanamənin imzalanmasına münasibət bildirən Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksandr Şerin belə deyib.
O, Türkiyənin Azərbaycanda hərbi baza açıla biləcəyini də istisna etməyib.
Şerin iddia edib ki, Azərbaycan Türkiyə vasitəsilə NATO ilə yaxınlaşmağı hədəfləyir.