Tələbə təhsil kreditləri tələbənin özünə deyil, ali təhsil müəssisələrinə veriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, kreditlərin ödənməsini Fondun Əmanətlər Şurası müəyyən edəcək: "Ola bilər ki, tələbə təhsil haqqının bir hissəsini öz büdcəsi, digərini kreditlərlə ödəyəcək. Tələbə kreditləri əlavə seçim olaraq tələbələrə təqdim edilir. Bir daha qeyd edim ki, kreditlərin verilməsi təhsil tarixində irəliyə doğru addımdır və böyük imkanlar yaradır".