Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdini qarşılayıb.
Teleqraf.com xəbər verir ki, C.Bayramov qazaxıstanlı həmkarını salamlayıb.
Daha sonra nazirlər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş başlayıb.