22 İyun 2021 17:50
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippin Prezidenti Rodriqo Duterte növbəti açıqlaması ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, koronavirus epidemiyasını ağır keçirən Asiya ölkəsi Filippində prezident peyvənd mərkəzlərinin boşluğuna reaksiya göstərib.

Duterte peyvənd mərkəzlərinin boş qaldığını gördükdən sonra televiziya vasitəsilə xalqa müraciət edib: “Seçiminizi edin, ya peyvənd olunacaqsız, ya da sizi həbsxanaya atacağam. Məni yanlış anlamayın, bu ölkədə böhran var. Filipinlilərin hökuməti dinləməməsindən bezdim”.

Qeyd edək ki, ölkədə son sutkada koronavirusa 3 min 666 yeni yoluxma qeydə alınıb. Ümumi xəstəlik sayı 1 milyon 367 min 894-ə yüksəlib. Son sutkada 60 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 23 min 809-a çatıb.

108 milyondan çox əhalisi olan ölkədə iyunun 20-nə qədər 2,1 milyon insana tam peyvənd vurub. Hökumət ilin sonunadək 70 milyon insanı peyvəndləməyi qarşısına məqsəd qoysa da, proses ləng gedir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər