25 İyun 2021 14:48
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlətçilk tariximizin sevincli, qürurlu günlərini yaşayırıq. Sabah - 26 iyun Milli Ordumuzun yaranmasının 103 illiyini qeyd edəcəyik. Dövlətçilk tariximizdə öz ərazi bütövlüyünü təmin etmiş müzəffər ordumuz başımızı uca edərək bizi qalib xalqa çevirib. Azərbaycanın Silahlı Qüvvələri indiki qədər heç vaxt güclü olmayıb. Təbii ki, bunun əsasında dövlətimizin orduya olan xüsusi diqqəti və qayğısı dayanır. Ali Baş Komandan İlham Əliyev qeyd edirdi ki, Azərbaycan xalqı torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq və əgər beynəlxalq ictimaiyyət münaqişənin sülh və danışıqlar yolu ilə həll olunmasına dəstək verməzsə, hərbi güclə ərazi bütövlüyümüzü təmin edəcəyik. Bu, belə də oldu. Ordumuz qələbəmizi əvvəl döyüş meydanında təmin etdi, sonra da siyasi meydanda möhkəmləndirdi”.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın dəmir yumruğuna çevrilən xalq və ordunun həmrəyliyi tarixi qələbəyə imza atmağımızı reallığa çevirdi: “Azərbaycan Silahlı Qüvvələri qələbəni şəhidlərin qanı bahasına əldə etdi. Ali Baş Komandan İlham Əliyev dəfələrlə deyib ki, torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad etdik. Bu, şəhidlərə sonsuz hörmət və ehtiramın ifadəsidir. Bu əziz bayram günündə bir daha şəhidlərimizin əziz ruhu qarşısında baş əyirik, qazilərimizə can sağlığı arzulayırıq”.

Azər Badamov Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı tarixi Şuşa Bəyannaməsinə də diqqət çəkib: “Şuşa Bəyannaməsi dünyaya əks-səda salmaqla yanaşı, ordumuzun daha da modernləşdirilməsinə və gücləndirilməsinə imkan verəcək.

Ordumuzun və xalqımızın qələbəsini öz adlarına yazmağa çalışan Əli Kərimlilər təəssüf ki, düşmənlərimizin dəyirmanına su tökməklə öz ampluasından çıxmırlar. Dünya, cəmiyyət dəyişilir, təəssüf radikal müxalifət dəyişilmir ki, dəyişilmir.

Sonda qeyd etmək istəyirəm ki, ordumuz daha da güclənəcək. Müzəffər ordumuz bundan sonra da düşmənlərin ərazi bütövlüyümüzə qarşı hər bir cəhdini yerindəcə məhv edəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər