"Möhtərəm cənab Prezidentin tapşırığı ilə üç qardaş ölkənin birgə təlimləri keçirilməlidir. Bununla bağlı artıq qərar qəbul olunub".
Teleqraf.com xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real" TV-yə müsahibəsində deyib.
"Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin sentyabr ayında təlimləri gözlənilir. Biz buna hazırlıqlarımızı görürük. Artıq ekspert qruplarının bir qismi Azərbaycandadır və təlimin keçiriləcəyi ərazini yoxlayırlar. Bizim hazırlığımızı da yüksək qiymətləndirirlər", - nazir əlavə edib.