27 İyun 2021 14:42
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əraziləri işğal olunmuş və bu işğaldan əziyyət çəkən ölkələr dünyada çoxdur. Amma öz gücü ilə ölkə ərazilərini işğaldan azad edən və həmin ərazilərdə yüksək quruculuq işləri həyata keçirən ölkələr çox azdır. Ölkə ərazisinin işğalı əsasən başqa ölkələrin dəstəyi ilə və ya ölkədə idarəçilik düzgün qurulmayanda baş verir. Amma işğaldan azad etmə isə uzun illər ərzində aparılan uğurlu iqtisadi-sosial və beynəlxalq siyasəti sayəsində mümkün olur.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Azər Badamov deyib.

Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbəyə Ali Baş Komandan İlham Əliyevin liderlik və sərkərdəlik məharəti sayəsində nail olmuşuq: "27 sentyabrda başladığımız Vətən müharibəsinə uzun illər hazırlaşmışdıq. Məlumdur ki, iqtisadi müstəqilliyə nail olmadan müharibədən danışmaq mümkün deyil. Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən ölkələrin sıraısına daxil olmağımızı şərtləndirdi. Ölkəmiz böyük qlobal layihələrə imzalar atdı, həm də beynəlxalq maliyyə qurumlarından asıllı vəziyyətə düşmədi. Çox az ölkələrdənik ki, xarici dövlət borcumuz ümumi daxili məhsulun (ÜDM) 20%-dən aşağıdır. Valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 3 dəfə çoxdur. İqtisadi sahədə əldə etdiyimiz uğurlarımız sayəsində başımızı dik tutaraq öz ədalətli səsimizi və mövqeyimizi dünya icimaiyyətinə qəbul etdirə bildik. Uğurlu diplomatiyamız ölkəmizi informasiya blokadasından çıxardı və nəticə erməni yalanları üzə çıxdı. Dünya ictimaiyyətini inandıra bildik ki, işğal olunan Azərnbaycan torpaqlarıdır və bir milyon soydaşımız qaçqın və məcburi köçkün həyatını yaşayır. Xocalı soyqırımı və digər soyqırımlar azərbaycanlılara qarşı törədilib. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etdilər".

Azər Badamov deyir ki, ölkəmiz iqtisadi gücünü səfərbər edərək dünyanın bir çox ölkələrində humanitar layihələr icra edib: "Dünyada dostlarımızın sayı artdı. Azərbaycan 120 ölkənin dəstəyi ilə Qoşulmama Hərəkatına sədri seçildi. Bu təşkilada mövqeləri və sözləri üst-üstə düşməyən ölkələr olmasına baxmayaraq, hamı bizi dəstəklədi. Məhz 44 günlük Vətən müharibəsi dövründə BMT-nin TŞ-da ermənipərəst ölkələr antiAzərbaycan sənədi qəbul etmək istəyəndə Qoşulmama Hərəkatına üzvü ölkələr bizi dəstəklədilər və ölkəmizə yönəlmiş düşmən əllərinin qarşısı alındı. Vətən müharibəsi dövründə Türkiyə, Pakistan və Əfqanıstan ilk gündən yanımızda olduqlarını bəyan etdilər. Hətta İsrail Azərbaycanla müharibə aparan ölkələrə silah satmayacaqlarını bəyan etdi. Ölkə başçısının apardığı düzgün və istiqamətlənmiş beynəlxalq siyasəti bu illərdə dünya ictimaiyyətini haqq işimizə inandıra bildi və Vətən müharibəsi dövründə bizi xarici təzyiqlərdən qorudu. Prezident İlham Əliyev deyirdi ki, biz münaqişənin sülh danışıqlar yolu ilə həll olunmasını dəstəkləyirik və əgər beynəlxalq ictimaiyyətin münaqişənin ədalətli həllinə təsiri olmazsa, hərb yolla torpaqlarımızı azad edəcəyik, yəni açıq şəkildə müharibə anonsunu verirdi. Bu illər ərzində ordumuz müasirləşmiş, müasir texnologiyalarla təchiz olunmuş və aparılan mütəmadi təlimlərlə peşəkarlıqlarını artırmışdı. Beynəlxalq reytinq təşkilatları ordumuzu dünyanın ən güclü 50 ordusu sırasına daxil etmişdi. Amma döyüş meydanında apardığımız müharibə sübut etdi ki, Azərbaycan ordusu nəinki dünyanın ən güclü 50 ordusu sırasında, hətta aparıcı ölkələrin ordusu ilə döyüşdə qalib gəlmək iqtidarındadır. Bunu beynəlxalq hərbi ekspertlər də etiraf etmişdi. Bu gün ordumuzun hərbi taktikasını dünyanın aparıcı ölkələrin orduların təlimlərində tədris və təlim olunur. Azərbaycan 44 günlük Vətən müharibəsində XXI əsrin müharibəsini apardı. Ölkə başçısının apardığı ədalətli siyasət xalq tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Ölkədə yüksək həmrəylik və milli birlik formalaşdı. Hamı bir nəfər kimi Ali Baş Komandanın yanında birləşərək dəmir yumruğa çevrildi. Qalib xalq kimi Silahlı Qüvvələr Gününü də başımız uca, qürurla qeyd etdik".

Deputat bildirib ki, torpaqların işğaldan azad olunması işimizin bitməsi demək deyil: "Ordumuzu daha da müasirləşdiririk. Artıq yeni müasir silahların alınması üçün kontraktlar imzalanıb. Hərbi təlimlərin keçirilməsi davamlı xarakter alıb. Silahlı Qüvvələrin qarşısında yeni reallığa uyğun yeni vəzifələr dayanır. Bu ölkə ərazi bütövlüyünün qorunması, sərhədlərin tez bir zamanda müəyyənləşdirilməsi, hər hansı bir təxribat baş verəcəyi halda dərhal qarşısını almalı və dəmir yumruğun gücünü bir daha nümayiş etdirməlidir. Biz yeni müharibə istəmirik. Münaqişə 10 noyabrda sona çatıbdır. Biz regionda uzunmüddətli sülhün yaranmasının tərəfdarıyıq. Amma qarşı tərəfin bunun əksinə hər hansı cəhdi olarsa, dəmir yumruq dərhal yenidən hərəkətə keçəcək və düşmənlərimizi məhv edəcəkdir. Vətən müharibəsində əldə ediyimiz qələbə ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun tənətənəsi və bu müharibədə Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik, liderlik məharətinin bacarığı olub. Yaşasın müstəqil Azərbaycan Respublikası!".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər