29 İyun 2021 17:16
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Teleqraf.com-un xəbərinə görə, günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Petrosyan Albert Kamoyeviç ifadə verib.

O da digər təqsirləndirilən şəxslərlə eyniməzmunlu ifadə verib.

Qeyd edib ki, Azərbaycan hərbçiləri tərəfindən saxlandıqdan sonra onlara heç bir təzyiq göstərilməyib: "Bizə insani münasibət göstərdilər. Su və siqaret verdilər, dedilər ki, ruslara təhvil verəcəklər. Silah-sursatlarımızı heç bir müqavimət göstərmədən onlara təhvil verdik. Azərbaycanlılar 300-400 nəfər idilər".

Daha sonra prosesdə Qasparyan Qor Vaqramini ifadə verib. O da noyabr ayında Gümrüdə yerləşən Hərbi Komissarlığa çağırılıb və Laçına, oradan da Hadrut istiqamətində dağda məskunlaşdırılıblar:

"Hadrutda Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq. Silahlarımızı verərək təslim olduq".

Prokurorun suallandıran təqsirləndirilən şəxs deyib ki, Laçında sülhməramlıların yanından silahları ilə birlikdə keçiblər.

Qasparyan Qor Vaqrami istintaqda ifadəsində deyib ki, məqsədləri qaravoldu dayanaraq olduqları ərazidə kiminsə keçməsinin qarşısına almaq olub: "Tapşırıq ondan ibarət idi ki, Azərbaycan tərəfindən kimsə gələrdisə onlara silahla müqavimət göstərməliydik".

Prosesdə Minasyan Aram Qarnikoviç, Sefilyan Kamo Karenoviç, Baqasyan Armen Yegizari və Yenqoyan Sisak Qrişai digərləri kimi analoji ifadə verib.

Hər birinin istintaqa verdikləri ifadə ilə məhkəmə danışdıqları arasında ziddiyət yaranıb. Bu səbəbdən onların istintaqa ifadəsi elan edilib.

Adları çəkilən şəxslər istintaqda qeyd ediblər ki, Azərbaycan ordusunun hərbçiləri onların olduğu əraziyə yaxınlaşacaqları təqdirdə silahla müqavimət göstərmək əmri alıblar.

Hakim elan edib ki, təqsirləndirilən şəxslərin hamısının ifadəsi dinlənilib: "İş üzrə iki nəfər şahid var. Onlar da gələn proses dəvət olunaraq dindiriləcək".

Məhkəmə prosesi iyulun 2-də davam etdiriləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər