5 May 2014 19:21
1 158

20.30

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, jurnalistlər Gülər Əhmədovanın evinin qarşısında toplaşıb. Onlar Gülər Əhmədova ilə görüşmək istəsələr də, mühafizəçi buna mane olub. Jurnalistlər Gülər Əhmədovanın mənzilinə buraxılmayıb.

Əməkdaşımızın dediyinə görə, Gülər Əhmədova yalnız özünə yaxın saydığı bir neçə jurnalistlə görüşüb.

Sabiq deputatın qardaşı İlqar Mikayıloğlu bildirib ki, bacısıın səhhəti yaxşı deyil: "Ona yuxu gətirən iynə vurulub. Həyat yoldaşı da şəkər xəstəsidir. Ona görə də istirahət etməlidirlər".

19.21

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, həbsdən azad edilən Gülər Əhmədovanın Milli Məclisin arxasındakı evinə gələcəyi gözlənsə də, sonradan o, qərarını dəyişib.

Əməkdaşımızın bildirdiyinə görə, Gülər Əhmədova və onu müşayiət edənlər digər ünvana - Maliyyə Nazirliyi yaxınlığındakı evinə gediblər.

Bizi izləyin...


Müəllif: Teleqraf.com