30 İyun 2021 13:14
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

"1994-cü ildə mən, Sergey, Azər Aslanov və digər əsir Xankəndində saxlanıldıq, və digər bir əsir. 5-6 erməni hərbçi gəldi, Azər Aslanovu komandirin otağını təmizləməyə apardılar".

Teleqraf.com xəbər verir ki, bu sözləri zərərçəkmiş Zahid Həsənov bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi zamanı deyib.

Zahid Həsənov bildirib ki, 1994-cü ildə 4 əsir Xankəndində saxlanıb: "Mən, Sergey, Azər Aslanov və digər bir əsir bir yerdə saxlanılırdı. 5-6 erməni hərbçi gəldi, biri də Xosrovyan idi, bizi döyməyə başladılar. Sonra Azər Aslanovu komandirin otağını təmizləməyə apardılar. 2 saatdan sonra Azər gəldi. Sonradan Azəri yenidən apardılar. Ermənistan xüsusi xidmət orqanları onu aparıb gizli söhbətə başladılar. Azəri Samvel Babayanın otağında təlimatlandırdılar. Onu təlimatlandıranlardan biri də Mkrtçyan idi. Bir saatdan çox söhbət apardılar. Onu orada tam təlimatlandırıb buraxdılar. Sonra ermənilər gəldilər ki, otağı Azər yox, Sergey təmizləyəcək. Məlum oldu ki, onlar Azər İsmayılovu ələ alıblar və otağı təmizlətdirməyiblər. Sergey gəldi dedi ki, Azər otaq təmizləməyib. O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər.

Məlum oldu ki, Azər Aslanov ermənilərlə işbirliyinə girib. Həmin il də Azər Aslanov əsirlikdən qayıdıb Bakıda metronu partlatdı. Mən əsirlikdən qayıdandan sonra eşitdim ki, Sergeyi güllələyib öldürüblər".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər