Bakıda iyulun 7-də Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimatı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının yaradılmasında əsas məqsəd iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin və ticarətin inkişafıdır.
Onlayn formatda keçiriləcək tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin, Azərbaycan və Pakistan iqtisadiyyat nazirliklərinin rəsmilərinin iştirakı gözlənilir.
Təqdimat mərasimində, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev və digər yüksək vəzifəli rəsmilər iştirak edəcəklər.