4 İyul 2021 11:14
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim etməsi xəbəri Misir KİV-lərinin diqqət mərkəzində olub.

Teleqraf.com xəbər verir ki, Misirin “Əl Masr Əl Yom” qəzeti, “Aldiplomasy”, “Əxbar Əl Yom” informasiya portalları məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatını yayıblar.

Xəbərlərdə diqqətə çatdırılıb ki, humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər