8 İyul 2021 09:14
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Azərbaycanla sərhəd haqqında saziş imzalamayana qədər gərginlik qalacaq. Bu gün onlar bizi ittiham edirlər ki, onların ərazisinə daxil olmuşuq. Biz də bəyan edirik ki, bura Azərbaycan ərazisidir. Bunu oturub müzakirə etmək lazımdır. Hətta ermənilərin dedikləri əgər düzdürsə, biz sərhədə neçə kilometr irəliləmişik? Maksimum 5 kilometr. Ancaq Laçından Ağdərəyə qədər 50 kilometr var və burada da erməni silahlı qüvvələri var. Söhbət ondan gedir ki, erməni ordusu zamanında Azərbaycan sərhədlərindən içərilərə doğru 40-50 kilometr irəliləyə biliblər. İndi onları buradan çıxaran yoxdur. Halbuki bunu Rusiya öz boynuna götürmüşdü. Bizə qarşı isə guya 4-5 kilometrə qədər ərazilərinə daxil olmağımızla bağlı ittiham səsləndirirlər”.

Bu fikirləri Teleqraf.com-a hərbçi mütəxəssis Azad İsazadə deyib.

O xatırladıb ki, dövlətlər arasında sərhədin müəyyən edilməsini nəzərdə tutan delimitasiya və demarkasiya anlayışı var: “Ermənistan-Azərbaycan sərhədini ermənilər tanısa, bu, faktiki Azərbaycan dövlət sərhədlərini tanımaq deməkdir. Üstəlik bu halda sərhəddən içəridə qalan bütün ərazilərin Azərbaycana məxsus olduğu qəbul edilir. Onlar da buna getmək istəmirlər, çünki Qarabağda ermənilərin yaşadığı ərazilərin Azərbaycana məxsus olduğunu faktiki qəbul etmiş hesab olunurlar. Odur ki, sərhədin müəyyən edilməməsinə qədər gərginlik qalacaq”.

Mütəxəssis qeyd edib ki, iki ölkə arasında sərhəd müəyyən edildikdən sonra Qarabağda yaşayan və Azərbaycan vətəndaşı sayılacaq ermənilərin məsələsi gündəmə gələ bilər: “Yəni onların təqaüdü, iş yerləri, passportları, işləyəcək valyuta və sair məsələlər. Əlbəttə, bu mövzularda onlarla danışmaq mümkündür. Ermənilər isə olmayan statusdan, qarantiyadan danışırlar. Əgər söhbət zəmanətdən gedirsə, Azərbaycan hesab edir ki, Qara göl Azərbaycan ərazisidir. Bunu real sovet xəritələri də göstərir. Biz də ərazini nəzarət altına alırıq və istəyirsinizsə oturub hərtəfəli danışaq. Elə Kərki kəndi, Qazaxın işğal olunan kəndləri, lap Başkənd haqqında da fikir mübadiləsi aparaq. Amma iş ondadır ki, bunlar müzakirədən qaçırlar”.


Müəllif: Nemət

Oxşar xəbərlər