İki doza Sinovac peyvəndi vurduran 618 səhiyyə işçisi koronavirusuna yoluxub.
Teleqraf.com xəbər verir ki, məlumatı Tailand Səhiyyə Nazirliyi açıqlayıb.
Nazirlik apreldən iyul ayına qədər 618 nəfər tibb işçisinin koronavirusa yoluxduğunu, bir tibb bacısının öldüyünü, başqa bir səhiyyə işçisinin isə vəziyyətinin ağır olduğunu bildirib. Məlumata görə, üçüncü doza risk altındakı səhiyyə işçilərinin toxunulmazlığını gücləndirəcək. Bu məqsədlə ya "AstraZeneca", ya da "mRNA"peyvəndlərindən biri istifadə ediləcək.
Fevral ayında tibb işçilərinə Sinovac peyvəndi tətbiq edən Tailandda “AstraZeneca” peyvəndi iyun ayında verilməyə başlayıb. Ölkə bu ayın sonunda ABŞ-dan 1,5 milyon “Pfizer-BioNTech” peyvəndi ianəsi gözləyir. Ötən ilin oktyabr ayında sifariş edilən 20 milyon doza “Pfizer-BioNTech” peyvəndinin gəlməsi də planlaşdırılır.