“Johnson and Johnson” tərəfindən hazırlanan yeni növ koronavirus (COVID-19) peyvəndi nadir rast gəlinən nevroloji narahatlığa səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) xəbərdarlıq edib.
FDA “Guillain-Barre Sindromu” (GBS ) kimi tanınan təxminən 100-ə yaxın narahatlığı araşdırdığını və bunun “Johnson and Johnson” peyvəndi ilə arasında dəqiq bir əlaqə olmadığına baxmayaraq, kiçik, lakin mümkün bir risk daşıya biləcəyinə qərar verib.
“GBS” narahatlığı ilə əlaqəli bu günə qədər bildirilən şikayətlər ümumilikdə 50 və yuxarı yaşlı kişilərdə görülüb və simptomlar peyvənddən təxminən iki həftə sonra özünü büruzə verir.
Mütəxəssislər adıçəkilən peyvəndlə “GBS” arasındakı mümkün əlaqəni müzakirə etməyə davam edəcəklərini, lakin hələlik peyvəndin potensial faydalarını risklərdən üstün tutaraq təhlükəsiz və təsirli olduğunu söyləyirlər.
“GBS”nin sinir sisteminə hücum etdiyi, nizamsız ürək atışlarına, nəfəs almaqda çətinliklərə və bir çox problemə səbəb olduğu qeyd edilib.