25 İyul 2021 16:12
2 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətinə səfərindən sonra 5 ölkə bu respublikanın müstəqilliyini tanımaq üzrədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Arab News” saytı məlumat yayıb.

Məqalədə sözügedən ölkələrin Kipr Türk Cümhuriyyətini tanıması ilə bağlı hesabatların hansı vaxtda hazırlanmasının məzmunundan daha vacib olduğu vurğulanıb.

Ərəb nəşri Türkiyə liderinin adaya səfərindən sonra bütün dünya ölkələrinin diqqətinin bu məsələyə yönəldiyini bildirib.

“Qərb ölkələrinin sərt reaksiya və etirazlarına baxmayaraq, Ankara ada planlarını həyata keçirməyə fokuslanıb. Ərdoğan səfərində yeni parlament və hökumət binasının inşasının yaxın vaxtlarda başlayacağını açıqladı”, - məqalədə qeyd edilib.

Sayt Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacaq ölkələrdən birinin Azərbaycan olacağını iddia edib:

“Ərdoğanın səfərindən əvvəl Azərbaycanın tezliklə Şimali Kipr Türk Cümhuriyyətində diplomatik nümayəndəlik açacağı və Türkiyədən sonra bu cümhuriyyəti tanıyan ikinci ölkə olacağı barədə xəbərlər yayılmışdı. Eyni zamanda, Pakistanın ölkəni tanımaq üçün bu marafona qoşulması gözlənilir. Bir neçə həftə əvvəl Pakistanın Ankara səfirliyindən paylaşılan bir tvit bu iddianın həyata keçəcəyinə inamı artırdı”.

Ərəb nəşrinin iddiasına görə, Azərbaycan və Pakistandan sonra Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini daha üç ölkə - Liviya, Banqladeş və Qambiya tanıyacaq.


Müəllif: Mənsur Rəğbətoğlu