“Ermənistanın Azərbaycanla sərhəd bölgələrində yaşayan ermənilər zamanla ölkəmizin tərkibində yaşamaq istəyəcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən quruculuq işlərinə ermənilərin reaksiyasına diqqət çəkib:
“İşğaldan azad edilən rayonlarda aparılan quruculuq işləri erməniləri heyrətləndirməkdə davam edir. Əlbəttə ki, belə az vaxtda Prezident İlham Əliyevin xüsusi diqqət və nəzarəti ilə həyata keçirilən quruculuq və yenidənqurma işləri regionu tez bir zamanda cənnət guşəsinə çevirəcək. Sirr deyil ki, sərhədyanı ərazilərdə yaşayan ermənilər zaman keçdikcə Azərbaycanın tərkibinə daxil olmaq istəyəcəklər.
Yenidənqurma işlərinə və Ermənistanın uzun illər vandallıqla məşğul olmasını dolayı yolla artıq ermənilər də etiraf edirlər. Misal üçün, erməni jurnalist Bella Lalayan sosial media hesabında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndindən keçən hissəsində inşa olunacaq tunelin fotoşəklini paylaşaraq qeyd edib: “30 il ərzində Xankəndində tunelimiz, asfaltımız olmadı. İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin”.