28 İyul 2021 12:17
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda və dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda prokuror Cövdət Mehrəliyev ittiham nitqi ilə çıxış edib.

Prokuror qeyd edib ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı verilmiş Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama), 276-cı (casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham tam sübuta yetirilib.

Prokuror Sujyan Gevorg Rubenoviç və Davtyan Davit Tiqraninin hər birinin 16 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

Prokuror təqsirləndirilən şəxslərin cəzalarını başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından kənara məcburi qaydada çıxarılmasının təmin olunmasını da istəyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər