İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin vaxtı məlum olub.
Teleqraf.com APA-ya istinadən xəbər verir ki, bu barədə Bakıda səfərdə olan İranın rabitə və informasiya naziri Mahmud Vaizi bildirib.
Onun sözlərinə görə, səfər noyabrın 12-13-də baş tutacaq.
Səfər çərçivəsində iki ölkə arasında 10 sənədin imzalanması gözlənilir.