Mənə indicə məlumat verildi ki, bizim azərbaycanlı jurnalistlər yanğın yerində bizim əməkdaşlarla birlikdə reportajlar hazırlayırlar.
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev söyləyib.
"Buradan gedən və orada olan jurnalistlərimizdən xahiş edirik ki, yanğının və tüstünün gur olan yerlərinə doğru hərəkət etməsinlər. Bu, onların həyatı üçün çox təhlükəlidir" - deyə nazir müavini bildirib.