Xəbər verdiyimiz kimi Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu iyulun 31-də qardaş ölkəyə yola salınıb.
Teleqraf.com-un məlumatına görə, Türkiyənin media orqanları qardaşının imdadına yetişən azərbaycanlı yanğınsöndürənlərlə bağlı material hazırlayır.
Azərbaycanlı yanğınsöndürənlərin iş prosesini lentə alan və təəssüratlarını öyrənin Demirören Xəbər Agentliyinin (DHA) "Qardaş Azərbaycandan gələn yanğınsöndürənlər: Türk qardaşlarımız üçün əlimizdən gələni edərik" adlı süjetini təqdim edirik: