6 Noyabr 2014 18:35
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən “Azadlıq” radiosu partiyaların bələdiyyə seçkilərində iştirakı ilə bağlı mənə zəng edib, canlı efirə qoşmuşdular. Bir saat efir vaxtı zamanı 5 dəfə telefonum kəsildi. Xədicə İsmayıl bunun texniki qüsurla əlaqələndirdi”.

Bu fikirləri Teleqraf.com-a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, telefon xətti kəsiləndən sonra orada danışanların eşitmək imkanının olmadığını deyib: “Verilişi təkrar izlədikdə isə, gördüm ki, Xədicə mövzuya adiyyatı olmadan Əli Kərimlinin təblığatını aparıb və mənim BAXCP sədrinin müavini olduğumu bildirib. Əvalla, onu demək istəyirəm ki, Xədicə İsmayıl 20 ildir Əli Kərimlinin təblığat işləri ilə məşğul olan və "Yurd" birliyinin əsas aparıcı jurnalistlərindəndir. Xədicə İsmayıl "Azadlıq" radiosundan istifadə edib hər zaman Əli Kərimlinin qanunsuz təblığatı ilə məşğul olur. Onun izahatının qarşılığı olaraq demək istəyirəm ki, Xədicə İsmayıl, Allah eləməsin ki, mən Əli Kərimlinin müavini olum...

Xədicə İsmayılın Əli Kərimlinin müavinlərini ittiham etmək səahiyyətini Əli Kərimli verib. O özünü artıq elə bir statusda görür ki, sankı radikal müxalifətin "anası"dır. Bu adam artıq şızofrenik xəstəliyinə tutulub. Bu adama başqa nə demək olar?”

AZAD


Müəllif: