3 Avqust 2021 11:04
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Eldəniz Səlimovun toxunulmazlığına xitam vermək məsələsini müzakirə etmək üçün növbədənkənar iclası başlayıb.

Teleqraf.com-un məlumatına görə, iclasda Baş prokuror Kamran Əliyevin Milli Məclisin sədri Sahibə Qafarovaya deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün göndərdiyi təqdimata baxılacaq.

Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com