“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov avqustun 4-də final qarşılaşmasında mübarizə aparıb.
Teeleqraf.com xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində yarışan yunan-Roma güləşçisi həlledici qarşılaşmada iranlı Məhəmmədreza Gerayi ilə üz-üzə gəlib.
Görüş vaxtından əvvəl başa çatıb. Məhəmmədreza Gerayi texniki üstünlüklə qələbə qazanaraq Olimpiya çempionu olub. P.Nəsibov isə gümüş medalla kifayətlənməli olub.
Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında Pərviz Nəsirovu qazandığı uğura görə təşəkkür edib. Dövlət başçısı paylaşımında qeyd edib: “Olimpiadada debütü zamanı gümüş medal qazandığına görə Pərviz Nəsirova təşəkkür edirəm”.