Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu və fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Muğlanın Milas bölgəsində yerləşən Yeniköy Kəmər Elektrik Stansiyasının ərazisində görüşüb.
Teleqraf.com-un Türkiyəyə ezam olunmuş əməkdaşı Turan Rzayevin verdiyi xəbərə görə, stərəflər özügedən ərazidə dağda baş verən yanğını dəyərləndirilib və azərbaycanlı yanğınsöndürənlərin fəaliyyət istiqamətləri koordinasiya edilib.
Hazırda dağda yanğının söndürülməsi istiqamətində helikopterlərin dəstəyi ilə ciddi mübarizə aparılır.
Süleyman Soylu və general Etibar Mirzəyev Azərbaycan mediasına vəziyyətlə bağlı açıqlama da veriblər. Süleyman Soylu bildirib ki, bu əraziyə yanğın keçərsə, bütöv vilayətin enerji təminatı dayana bilər. Onun sözlərinə görə, bunun qarşısının alınması üçün azərbaycanlı və yerli yanğınsöndürənlərin fəaliyyəti koordinasiya edilib və gücləndirilib.