Aydının Akçaova qəsəbəsində FHN-in ötən gün Türkiyəyə göndərilən 4-cü qrupu üzvləri türkiyəli həmkarları ilə birgə yeni yanğın ocağının söndürülməsi əməliyyatına başlayıblar.
Teleqraf.com xəbər verir ki, qəsəbəyə yaxın dağlıq ərazidə başlayan və qısa müddətdə şiddətlənən yanğın əhali üçün ciddi təhlükə yaratdığından, yanğının söndürülməsinə böyük qüvvə səfərbər olub.