11 Avqust 2021 01:13
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanğınlarla mübarizəmiz davam edir. Bu mübarizə çərçivəsində bizə dünyanın hər tərəfindən yardımlar edilir. Amma ən önəmli yardımı dost və qardaş Azərbaycandan aldıq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli deyib.

“900 nəfərdən çox şəxsi heyət, 90-dan çox nəqliyyat vasitələri hazırda Muğladakı yanğınlarla bağlı dəstək verir. Çox təşəkkür edirəm. Bir sıra çətin tapşırıqlarda yanğınsöndürən qardaşlarımız çiyin-çiyinə işlədilər. Mən onların əzmini gözlərinin içində də gördüm. Hansı tapşırığı vermək istəsək, dedilər ki, biz bura oturmağa yox, yardım etməyə gəldik. Mən bütün azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Onları burada görməkdən şad oldum”, - nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər