Daxili İşlər Nazirliyi (DİN) noyabrın 6-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda baş verən bədbəxt hadisə barədə məlumat yayıb.
Teleqraf.com DİN-in saytına istinadən xəbər verir ki, stadionun 11 saylı sektorunun giriş darvazası çərçivədən çıxaraq Sumqayıt şəhər sakini Samir Mirzəyevin üzərinə aşıb və o, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə dünən Ağdamın "Qarabağ" və Ukraynanın "Dnipro" komandalarının qarşılaşması zamanı baş verib.