7 Noyabr 2014 15:10
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Luqansk vilayətinin Krasnıy Luç şəhərində öldürülən və separatçıların nəzarəti altında olan Şaxtyorsk rayonunda dəfn olunan Azərbaycan diasporunun üzvü, iş adamı Rövşən Qasımovun nəşi Azərbaycana gətirilib.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, bu barədə R. Qasımovun qardaşı, Krasnıy Luç Azərbaycan Cəmiyyətinin sədri Rəşid Qasımov məlumat verib. Onun sözlərinə görə, mərhumun meyiti uzun danışıqlardan sonra oktyabrın 29-da silahlıların nəzarətində olan ərazidə qəbirdən çıxarılaraq Azərbaycana gətirilib.

R.Qasımov bildirib ki, qardaşının meyitinin qalıqları doğulduqları Tovuz rayonunun Xatınlı kəndində dəfn olunub.

Qeyd edək ki, R. Qasımov bu ilin avqustun 4-də axşam saatlarında silahlıların onun evinə basqını zamanı öldürülüb. Onun qardaşları ilə birgə Luqansk vilayətində iri fermer təsərrüfatı olub və Krasnıy Luçda Azərbaycan Cəmiyyətini yaradıblar.


Müəllif:

Oxşar xəbərlər