14 Avqust 2021 12:12
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Ermənistan-Türkiyə sərhədində olub.

Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, səfir məzuniyyəti çərçivəsində ailəsi ilə birlikdə Armavir vilayətinə səfər edib.

S.Kopırkin səfər zamanı həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin Ermənistan-Türkiyə sərhədindəki zastava və postlarına da baş çəkib, sərhədçilərlə görüşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər