Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxmanın artması səbəbindən bəzi qadağaların yenidən tətbiqinə qərar verilib.
Teleqraf.com xəbər verir ki, bu gündən etibarən paytaxt Tbilisi, Batumi, Kutaisi və Rustavi şəhərlərində ictimai nəqliyyatdan istifadə sentyabrın 4-dək qadağan edilib.
Bundan əlavə, festivallar, idman tədbirləri, konsertlər və mədəni tədbirlər də daxil olmaqla bütün izdihamlı tədbirlər qadağan edilib və uşaq əyləncə mərkəzləri bağlanıb.
Restoran və kafelər saat 23.00 -a qədər fəaliyyət göstərəcək.
Qeyd edək ki, son sutkada Gürcüstanda 5 min 579 nəfər virusa yoluxub, 50 nəfər ölüb.