Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşü olub.
Bu barədə Teleqraf.com Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq mövzusunda fikir mübadiləsi aparılıb.
"Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlarının da müzakirə olunduğu görüşdə, milli müdafiə naziri Hulusi Akar vurğulayıb ki, Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarına haqq işində də dəstək verəcək", - deyə xəbərdə qeyd edilir.