Hər bir vaksininə effektivliyi onun istehsalçısı tərəfindən ÜST-ə təqdim olunan sənəddən məlumdur.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, Sinovak vaksininin təsirinin Türkiyədə aparılan araşdırmalarda 88 faiz olduğu təsdiqlənib:
"Əgər ÜST vaksinin istifadəsinə icazə verirsə, deməli, onun effektivliyi var. Bu gün ölkəmizdə istifadə olunan vaksinlərin effektivliyi ÜST standartlarına uyğundur".