20 Avqust 2021 12:02
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan çox az ölkələr sırasındadır ki, vətəndaşlara vaksin seçimi verilib.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var: "Ölkəyə bu il üçün yeni vaksinlərin gətirilməsi nəzərdə tutulmur. Lakin növbəti il üçün yeni vaksinlərin alınmasından ötrü danışıqlar aparılır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər