26 Avqust 2021 15:30
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üçüncü peyvənd dozası COVID-19 əleyhinə antikor istehsalını ikinci dozaya nisbətən üç dəfədən çox artırır.

Teleqraf.com xəbər verir ki, bunu “Pfizer” əczaçılıq şirkəti açıqlayıb.

Şirkətin məlumatına görə, 306 adamda aparılan sınaqlarda ikinci dozadan beş-səkkiz ay sonra verilən üçüncü peyvənd dozası antikor səviyyəsini 3.3 dəfə artırıb.

Üçüncü doza peyvəndinin yan təsirlərinin tam detalları hələ dərc edilməyib, tədqiqata qatılanlarda onun ikinci doza peyvəndindən fərqli olmadığı da bildirilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər