27 Avqust 2021 13:30
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya Vaksinasiya Texniki Məsləhət Qrupu (ATAGI) ölkənin dərman tənzimləyicisi Terapevtik Məhsullar İdarəsi (TGA) tərəfindən təsdiqlənmiş “Pfizer/BioNTech” tərəfindən istehsal edilən COVID-19 peyvəndinin 12-15 yaş qrupunda olanlara da vurlmasını təsdiqləyib.

Teleqraf.com-un xəbərinə görə, əvvəllər peyvəndin 16 yaşdan yuxarı avstraliyalılara vurulmasına icazə verilirdi.

Mart ayından etibarən Avstraliyada “Pfizer/BioNTech” və “AstraZeneca” peyvəndləri tətbiq olunsa da, “Moderna” və “Johnson & Johnson” tərəfindən istehsal olunan peyvəndlər hələ ölkəyə çatmamışdı.

Peyvənd nisbətləri 70-80 faizə çatanda COVID-19 qadağalarını ləğv etməyi planlaşdıran Avstraliyada əhalinin 55.2 faizi birinci, 32.3 faizi ikinci dozasını alıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər