6 May 2014 12:03
2 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağır Fətullayevin qızının xərçəng xəstəsi olduğu bildirilir

Azərbaycanı tərk etdiyi bildirilən general Bağır Fətullayevlə bağlı yeni məlumatlar yayılıb. Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Facebook səhifəsində generalın Azərbaycanı tərk etməsinin əsl səbəbini yazıb.

"Köhnə tanışlarımdan biri mənə zəng vurub, general Bağır Fətullayevin guya ölkədən qaçması barədə yazılanlardan gileyləndi. Sən demə tanışımın həyat yoldaşı həmin generalın yaxın qohumudur. Generalın Rusiyaya qaçması barədə məlumat həqiqətə uyğun deyilmiş, ailə vəziyyəti ilə əlaqədar qısa məzuniyyət götürüb. Generalın gənc qızı uzun müddətdir xərçəngdən əziyyət çəkir. Tanışım bildirdi ki, həmin general hazırda Bakıdadır və işinin üstündədir. Tanışımın deməyinə görə, böyük ümidlərlə Azərbaycana qayıdan generala əvvəlcədən çoxlu vədlər verilsə də, sonradan bu vədlərə əməl olunmayıb, o heç hərbi qulluğa qəbul edilməyib. İndi onun ətrafında aparılan kampaniyadan görünür ki, hansısa dairələr bu generalın mülki şəxs kimi də bu ölkədə zabit kadrlarının hazırlanmasında iştirak etməsində maraqlı deyillər. Azərbaycanda bu cür yüksək hazırlıqlı generallar çoxdumu ki, onun potensialından istifadə olunmasın, hərbi ekspert Üzeyr Cəfərov tərəfindən az qala xəyanət kimi təqdim olunsun”.

Qeyd edək ki, sözügedən general əslən şəkilidir, atası da hərbçi olub. Bağır Fətullayev Rusiyada Baş Ştabın yanında akademiyanı bitirib və orada da dərs deyib. Akademiyadan əvvəl isə diviziya komandiri olub.

Cavidan


Müəllif: